<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Dinclik tapan ürək verdin Sən mənə,
 Sakit, rahat həyat verdin Sən mənə.
 Ey Allahım, övlad dedin Sən mənə,
 İman verdin, ümid verdin Sən mənə.

[C1]
   Necə mən inanmayım, Həqiqətin Özüsən,
   Tanrının bizim üçün göndərilən Sözüsən.

[V2]
 Xilas üçün Oğlun verdin dünyaya,
 İman yolunun sirrini açdın mənə.
 Həyat verən yolu qoydun qarşıma,
 Sevinc tapan ürək verdin Sən mənə.

[C2]
   Necə izzət verməyim, həyat və məhəbbətsən,
   Səni necə sevməyim, Sən ki məni sevirsən.

[V3]
 Təqsirlərdən tövbə verdin Sən mənə,
 Bağışlayan ürək verdin Sən mənə.
 Müqəddəs Ruhu göndərdin qəlbimə,
 Öz böyük sevgini açdın Sən mənə.

[C3]
   Sənə mən inanıram, Həqiqətin Özüsən,
   Tanrının bizim üçün Göydən gələn Sözüsən.</lyrics>
<title>Dinclik tapan ürək verdin Sən mənə İL409</title>
<hymn_number>409</hymn_number>
</song>